Misir mediası Şeyxin bəyanatını yaydı

Misir mediası Şeyxin bəyanatını yaydı
Azərbaycanın dini lideri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dünya ictimaiyyətinin Ermənistan silahlı qüvvələri tərəfindən məsum uşaqların öldürülməsinə yekdil və birmənalı mövqe ifadə etmədiyini bildirib.

Sfera.az xəbər verir ki, bu barədə Misirin nüfuzlu "Almasryalyoum” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd olunub ki, Şeyxülislam öz bəyanatında sentyabrın 27-dən bu günədək Ermənistanın Azərbaycanın onlarca şəhər və yaşayış məntəqəsini, o cümlədən hərbi əməliyyatların baş verdiyi bölgədən xeyli uzaqda yerləşən Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni dəfələrlə atəşə tutulmasından sonra oktyabrın 28-də qədim Bərdənin raket atəşlərinə məruz qaldığını qeyd edib. Şeyxülislam bildirib:

"Bərdədə azyaşlı uşaqlar da daxil olmaqla 21 nəfər qətlə yetirilib, 70-dən çox insan yaralanıb. Ümumilikdə, bu günədək 90-dan artıq dinc sakinimiz həlak olub, 392 nəfər yaralanıb, 2406 fərdi ev, 92 çoxmənzilli ev, 423 mülki obyekt dağıdılıb. Gəncədə, Bərdədə məsum uşaqların öldürülməsi heç bir insanı biganə qoya bilməz. Lakin Ermənistanın dövlət səviyyəsində törətdiyi bu terrora dünya ictimaiyyəti hələ də yekdil, birmənalı mövqe ifadə etmir”.

Diqqətə çatdırılıb ki, Allahşükür Paşazadə Ermənistanın hazırkı rejiminin fəaliyyət istiqamətlərinin BMT-nin qətnamələrini yerinə yetirməmək, separatizm, qondarma dövlət qurmaq cəhdləri, münaqişənin sülh yolu ilə həllinə dair danışıqları pozmaq, əldə olunmuş razılaşmalara, öhdəliklərə əməl etməmək olduğunu, bunun erməni dövlətçiliyini iflasa apardığını vurğulayıb. Bildirib ki, soyqırımı, ksenofobiya, islamofobiya, monoetniklik, etnik təmizləmə aparmaq, tarixən ərazi iddialarını təmin etmək məqsədilə terror təşkilatları yaratmaq və onları maliyyələşdirmək, dindən öz təcavüz məqsədləri üçün istifadə etmək erməni ekstremistlərinin xislətidir.

Sonda QMİ sədrinin bəyanatından daha bir vacib sitatı təqdim olunub: "Erməni rejiminin daha bir xarakterik cəhəti yalan, iftira xarakterli təxribatçı məlumatlar yaymaqdır. Belə ki, muzdlu terrorçulardan istifadə etdikləri halda Azərbaycana böhtan atmaq buna nümunədir. "Qarabağ Ermənistandır” deyərək, işğal etdikləri Azərbaycan torpaqlarında qədim toponimləri erməni adları ilə dəyişdirərək özününküləşdirmək cəhdlərindən belə çəkinmirlər. Xocalı, Gəncə, Bərdə soyqırımlarını törətdikləri halda, guya özlərinin soyqırımına məruz qaldıqları barədə dünyada hay-küy salmaq da bu qəbildəndir”.

Qeyd edən ki, Misirin "Aldiplomasy” portalı isə QMİ sədrinin bəyanatını ingilis dilində yayıb.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...