"Qarabağ" Avropa Liqasında "Sivasspor"la qarşılaşacaq

Azərbaycan çempionu "Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Sfera.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Qurban Qurbanovun yetirmələri III turun matçına səfərdə çıxacaq.

Ağdam təmsilçisi Türkiyənin "Sivasspor” klubu ilə qarşılaşacaq. Hər iki komanda ilk dövrəni xalsız bitirməmək üçün mübarizə aparacaq.

Təl-Əvivdə "Makkabi”yə 0:1, İstanbulda "Vilyarreal”a 1:3 hesabı ilə uduzan "Qarabağ” qardaş ölkədə ardıcıl ikinci matçında uğur qazanmaq üçün çalışacaq. 1/16 final şansını çətinə salmamaq üçün Qurbanovun yetirmələri qələbə qazanmalıdır. İstənilən xal itkisi ağdamlıların qrupdan çıxmaq ehtimalını minimuma endirəcək.

Sivas təmsilçisi də eyni durumda olduğundan meydana qələbə üçün çıxacaq. Bu, müdafiədə etibarlı oynamağa borclu olan "Qarabağ”ın meydan sahiblərini cəzalandırmasına əlavə imkan yarada bilər.

Sivasdakı "Yeni 4 Eylül” stadionundakı görüş ağdamlıların qardaş ölkə təmsilçiləri ilə ilk dueli olacaq. İndiyədək türkiyəlilərlə qarşılaşmayan "Qarabağ” ilk sınaqdan üzüağ ayrılmaq əzmindədir. Hər halda iki matçda 7 qol buraxan rəqibin müdafiəsindəki çatışmazlıqlar Qurbanovun da diqqətindən yayınmayıb. Təcrübəli mütəxəssisin yetirmələri bu boşluqları meydanda taparaq yararlanmalıdır.

Qeyd edək ki, "Sivasspor” - "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Avropa Liqası

İ qrupu, III tur

5 noyabr

21:55. "Sivasspor” (Türkiyə) – "Qarabağ” (Azərbaycan)

Baş hakim: Sandro Şarer (İsveçrə)

Sivas. "Yeni 4 Eylül” stadionu

OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...