Çavuşoğludan Azərbaycana daha bir dəstək

Çavuşoğludan Azərbaycana daha bir dəstək
Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini necə müdafiə ediriksə eyni ilə Azərbaycanın hüquqlarını da müdafiə etməliyik.

Sfera.az-ın məlumatına görə, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Şurasındakı çıxışı zamanı deyib.

"Sizləri Azərbaycanın ərazi bütövlüyünü "əgər”-lər və "amma”-lar olmadan dəstəkləməyə çağırıram. Bununla bağlı heç bir ikili standartlar olmamalıdır.

Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü və suverenliyini necə müdafiə ediriksə eyni ilə Azərbaycanın hüquqlarını da müdafiə etməliyik.

Azərbaycan yalnız BMT Təhlükəsizlik Şurasının, ATƏT-in və Avropa Şurası Parlament Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq səviyyədə tanınmış əraziləri üzərindəki nəzarətini bərpa etmək istəyir.

Xüsusilə, Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməsini diqqətinizə çatdırmaq istəyirəm.

Ermənistan işğala son qoymalı və mülki şəxslərə qarşı qəsdən hücum təşkil etmək, eləcə də atəşkəs razılaşmalarını daim pozduğuna görə məsuliyyət daşımalıdır. Ortaq evimizi gələcək nəsillər üçün ideallarla qorumalıyıq”, - deyə nazir bildirib.


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...