Ermənistanda analar girov götürülür...

Ermənistanda analar girov götürülür...
Ermənistanda yeni doğulan uşaqlara şəhadətnamə yalnız atalarının könüllü cəbhəyə getməsi şərti ilə verilir, üstəgəl uşaq və analar xəstəxanada girov saxlanılır.

Sfera.az xəbər verir ki, bu barədə erməni vəkil Robert Ayrapetyan sosial şəbəkə hesabında yazıb.

"Hər dəqiqə vətənpərvərlikdən danışanlar, zəif xalqımıza qarşı ikiüzlülükdən başqa bir şey etmirsiniz. Övladları dünyaya gəldikdən bir gün sonra insana necə deyə bilərsən ki, doğum haqqında şəhadətnamə yalnız atanın cəbhəyə "könüllü getməsi" və bunu təsdiqləyən sənədin gətirilməsi şərti ilə veriləcək. Siz uşaqları və anaları girov götürürsünüz, yoxsa onlarla danışıqlar masasına oturmağa qərar verdiniz? Sizin beyniniz var?” - Ayrapetyan bildirib.

Qeyd edək ki, Azərbaycana qarşı döyüşlərdə məğlub olan Ermənistan ordusunda fərarilik getdikcə artır, xaos hökm sürür. Ermənistanda qadın, qoca, uşaq demədən kim gəldi, məcburi şəkildə döyüşə aparılır, cəbhədən yayınanları isə sərt cəzalandırırlar.///Axar.az


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...