Ukrayna kanalı Tərtərdən xüsusi reportaj hazırladı - FOTO

Dünya
19:42 / 04.11.2020
5282
Ukraynanın "UA-Perşiy” Milli İctimai Televiziya Kanalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər şəhərinə raket hücumu barədə xüsusi reportaj yayımlayıb.
Sfera.az xəbər verir ki, telekanalın çəkiliş qrupu reportajda xüsusilə Ermənistan tərəfindən Tərtərdə Azərbaycanın dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə edildiyini vurğulayıb. Tərtərdə partlamayan fosforlu mərmilərin Azərbaycan tərəfindən zərərsizləşdirildiyi diqqətə çatdırılıb.
Telekanalın jurnalisti vurğulayıb ki, Ermənistan bununla beynəlxalq konvensiyalarda qadağan olunmuş silahlardan istifadə edib.
Reportajda müharibə ilə əlaqədar Tərtər rayonundakı vəziyyətdən də söz açılıb.