Baş nazir Türkiyəyə başsağlığı verdi

17:15 / 04.11.2020
3567
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 4-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, səfir Erkan Özoral ilə görüşüb.
Nazirlər Kabinetindən Sfera.az-a verilən məlumata görə, Baş nazir Əli Əsədov Türkiyə Respublikasının keçmiş Baş Naziri, görkəmli siyasətçi və dövlət xadimi Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.
Baş nazir səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.