Tbilisidə bütün uşaq bağçaları təcili bağlanır

Tbilisidə bütün uşaq bağçaları təcili bağlanır
Gürcüstanın paytaxtı Tbilisidə bütün məktəbəqədər müəssisələr 5 noyabrdan etibarən rəsmi olaraq faəliyyətini dayandıracaq.

Sfera.az  xəbər verir ki, bu barədə şəhər rəhbərliyi tərəfindən keçirilən iclasda qərar verilib.

Paytaxt meri Kaxa Kaladze bildirib ki, bu, məcburi bir tədbirdir və şəhərdəki çətin epidemioloji vəziyyətlə əlaqələndirilir.

"Sabahdan etibarən epidemioloji vəziyyət yaxşılaşana qədər uşaq bağçaları tamamilə bağlanacaq”,- deyə Kaladze qeyd edib.

Gürcüstanda uşaq bağçaları uzun müddət davam edən tətildən sonra oktyabrın 12-də açılsa da, müəllim və uşaqlar arasında artan yoluxma halları səbəbindən bir-birinin ardınca bağlanmağa başlamışdı.

Hazırda Tbilisidə 183 uşaq bağçasında 58 min uşaq qeydiyyata alınıb.

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...