Lavrovun açıqlaması Rusiyanın Türkiyə ilə hesablaşacağına işarədir – “Ankara masada olacaq”

Lavrovun açıqlaması Rusiyanın Türkiyə ilə hesablaşacağına işarədir – “Ankara masada olacaq”

"Artıq Türkiyəni danışıqlar masasında da görəcəyik”.


Bu sözləri Sfera.az-a açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı "Bütün tərəfdaşlarla işləməyin tərəfdarıyıq, o cümlədən tərəflərin qonşuları ilə işləməyə hazırıq” tezisini dəyərləndirərəkən politoloq Araz Aslanlı deyib:


Politoloq hesab edir ki, bu, danışıqlar formatında Ankaranın yer almasının vacibliyinin qəbuludur:


"Türkiyə ümumiyyətlə Dağlıq Qarabağ probleminin həllində faktiki olaraq ən təsirli dövlətlərdən biridir. Burada söhbət həm də münaqişənin dinc yolla həllini nəzərdə tutan danışıqlar prosesinə töhfədən gedir.

 

Azərbaycan və Türkiyə rəsmilərinin, habelə Moskva ilə Ankaranın mütəmadi müzakirələri də göstərir ki, Ankara mütləq prosesdə olmalıdır. Türkiyə prosesdə var, sadəcə hazırda danışıqlar prosesində açıq şəkidə masada yoxdur. Moskvada danışıqlar gedəndə Türkiyə rəsmi olaraq masada olmayıb. Amerikadakı danışıqlarda da həmçinin”.


Politoloq hesab edir ki, Türkiyəni danışıqlar masasında görə biləcəyik:

 

"Azərbaycan, Rusiya və Türkiyə rəsmilərinin açıqlamalarından görünən odur ki, Ankara bundan sonrakı danışıqlar prosesində masada da yer alacaq. Bu qaçılmazdır və mütləqdir. Yəni, münaqişənin yenidən dondurulması deyil, həlli nəzərdə tutulursa, prosesdə ya heç bir kənar xarici dövlət olmamalı, amma Azərbaycan və Ermənistandan başqa hər hansı bir xarici dövlət olacaqsa, orada mütləq Türkiyə də olmalıdır.

 

Sergey Lavrovun açıqlaması belə deməyə əsas verir ki, Ankaranın prosesdə olması artıq əksəriyyət tərəfindən qəbul olunur. Hansı dövlət bu variantı, yəni, Türkiyənin prosesdə olmasını istəmirsə, deməli o uzunmüddətli sülhün olmasında maraqlı deyil”.

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...