“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Sergey Makrov

“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Sergey Makrov
"Azərbaycan Ordusu Daşaltını işğaldan azad edib, döyüşlər Şuşa şəhərinin yaxınlığında gedir”. 
 
Sfera.az xəbər verir ki, bu barədə Siyasi araşdırmalar institutunun direktoru, politoloq Sergey Makrov bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda radikal dəyişiklik çox yaxındadır.
 
"Azərbaycan Ordusu Daşaltı kəndini azd etməklə Şuşa şəhərinə yaxınlaşıb. Şuşa bölgənin əsas, nisbətən böyük olan qədim şəhərdir. Şəhər Xankəndi və Ermənistan arasındakı Laçından keçən əsas yolun üzərindədir. Şuşanın azad edilməsi Xankəndinin mühasirəsinə gətirib çıxaracaq. 

Azərbaycan Prezidenti Əliyev demişdi ki, əslində Ermənistanın rəhbəri Paşinyan Putinə yazdığı məktubda hərbi məğlubiyyətini etiraf edib. Görünür, bu səbəbdən Putinin Paşinyanla və Əliyevlə telefon danışığı olub. Amma danışıqların nəticələri hələ məlum deyil. Lakin aydındır ki,  danışıqlar mümkün atəşkəs şərtləri ilə bağlı olub. Azərbaycan nə qədər çox qələbə qazansa, danışıqlarda mövqeyi bir o qədər sərt olacaq”, - deyə Makrov bildirib.

Politoloq əlavə edib ki, Paşinyan İlham Əliyevin şərtlərini qəbul etməli idi. "İndi Paşinyan güzəştləri ilə hərbi məğlubiyyətləri ayaqlaşmır. Şuşa uğrunda döyüş başlayır. Görünür, bundan sonra müharibə Azərbaycanın qəti qələbəsi ilə başa çatacaq. Müharibənin başlanmasında və Ermənistanın məğlubiyyətində isə əsas günahkar Nikol Paşinyandır”, - deyə Makrov vurğulayıb. /Yenisabah.az

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...