“Ayda dağıntılar altından çıxarılarkən hönkür-hönkür ağladım” - Ərdoğan

“Ayda dağıntılar altından çıxarılarkən hönkür-hönkür ağladım” - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 91 saat sonra dağıntılardançıxarılan 3 yaşlı Ayda Gezginin atasına zəng edib.

 

Sfera.az xəbər verir ki, Prezident balaca qızın atası Uğur Gezginə həyat yoldaşı Figen Gezginin zəlzələdə vəfat etməsi ilə əlaqədar başsağlığı verib.

Ərdoğan söhbət zamanı Aydanın dağıntılar altından çıxarıldığı zaman göz yaşlarına hakim ola bilmədiyini də dilə gətirib.


 

"Ayda dağıntılar altından çıxarılarkən hönkür-hönkür ağladım. Rəbbim səbrinizi artırsın. Aydanın sağlamlıq vəziyyəti haqqındatez-tez məlumat alıram. Bütün dəstəyimizlə sizin yanınızda olacağıq”,- deyə Prezident bildirib.


 

Xatırladaq ki, oktyabrın 30-u İzmirdə güclü zəlzələ nəticəsində 17 bina dağılıb. Hadisə nəticəsində 114 nəfər ölüb, 1000-dən çox insan xəsarət alıb. İndiyə qədər dağıntıların altında qalmış 107 nəfərin həyatı xilas edilib.


Jalə Mehdi

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...