107 nəfər dağıntıların altından çıxarılıb - İzmirdə axtarış-xilasetmə işləri dayandırılır

107 nəfər dağıntıların altından çıxarılıb - İzmirdə axtarış-xilasetmə işləri dayandırılır
İzmirdə zəlzələ nəticəsində dağılan binalarda günlərdir davam edən axtarış-xilasetmə işləri bu gecə yekunlaşacaq.
 
Sfera.az Türkiyə KİV-lərinə istinadən bildirir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum məlumat verib.

Onun sözlərinə görə, hazırda axtarış-xilasetmə işləri təkcə bir binada aparılır və buradakı işlərin də bu gecə tamamlanması planlaşdırılır. 

"Zəlzələ nəticəsində İzmirdə 17 bina dağılıb. Məsələyə həssas yanaşırıq. Son ana qədər, son saniyəyə qədər dağıntıların altında qalan vətəndaşlarımızı sağ-salamat çıxarmağa çalışırıq. 107 vətəndaşımızı dağıntılardan çıxarmışıq. Dağıntıların altında qalan 111 vətəndaşımızı isə itirdik. Yaralıların xəstəxanalarda müalicələri davam etdirilir".

Aysel
Sfera.az


OXŞAR XƏBƏRLƏR

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...