Prezident Ankaranın dəstəyi barədə: “Bu, yalnız siyasi və mənəvi dəstəkdir”

Prezident Ankaranın dəstəyi barədə: “Bu, yalnız siyasi və mənəvi dəstəkdir”
"Bu dəstək lap əvvəldən, sentyabrın 27-də başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə Prezidenti çox aydın bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi”.

Sfera.az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın "La Republica” qəzetinə müsahibəsində rəsmi Ankaranın dəstəyi barədə sualı cavablandırarkən deyib.

"Mən dəfələrlə o fakta diqqət çəkmişəm ki, bu, yalnız siyasi və mənəvi dəstəkdir, lakin bu, kifayət idi. Çünki Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik. Ona görə də, toqquşmaların ilk saatlarında başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir”, - dövlət başçısı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...

Azərbaycan səfiri Rusiya XİN-in binasını tərk edib

Azərbaycan Respublikasının Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Moskvada Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az Rusiya mediasın...