ABŞ-da prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Dünya
09:00 / 04.11.2020
3253
ABŞ-da keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
Sfera.az xəbər verir ki, Respublikaçı Tramp gözlənildiyi kimi İndiana, Kentukki və Nyu-Hempşir ştatlarında liderlik edir. İndianada bülletenlərin 1%-nin hesablanmasından sonra o, 72% səs toplayıb. Kentukkidə isə Tramp 10 minə yaxın, onun rəqibi – Demokrat Cozef Bayden 2,8 min səs toplaya bilib.
Nyu-Hepşirdə səslərin hesablanması yenicə başlayıb. Hazırda Trampın 16, Baydenin 10 səsi var.
Qeyd edək ki, ABŞ-da ilk seçki məntəqələri İndiana və Kentukkidə bağlanıb.