Putin Qarabağla bağlı nöqtəni qoydu: “Fikri qətidir”

Putin Qarabağla bağlı nöqtəni qoydu: “Fikri qətidir”
"Rusiya Dağlıq Qarabağdakı müharibədə Ermənistana kömək etməyəcək, Prezident Putinin bununla bağlı fikri qətidir”.

Sfera.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Ekspert Ermənistan Baş nazirinin cidd-cəhdlə Rusiyanı təxribata çəkməyə çalışdığını bildirib:

"Ermənistan lideri Nikol Paşinyan sözün əsl mənasında Rusiyaya Dağlıq Qarabağdakı müharibədə ölkəsinə kömək çağırışları ilə hücum edir. Paşinyanın iki hədəfi var. Birincisi, Rusiyanın hərbi yardımını artırmaqdır. İkincisi - məğlub olduğu təqdirdə bu məğlubiyyətə görə Rusiyanı günahlandırmaq və Ermənistanın bu hərbi məğlubiyyətinə görə şəxsən özünü məsuliyyətdən uzaq tutmaq.

Paşinyanın bu ikinci hədəfi Rusiya tərəfi üçün tamamilə aydındır. Hər kəs başa düşür ki, hərbi məğlubiyyətdən sonra Paşinyan Ermənistanı KTMT və Avrasiya İqtisadi Birliyindən çıxarmaq üçün anti-Rusiya kampaniyası təşkil edəcək. Çünki bu üzvlüyün özünü doğrultmadığını söyləyirlər.

Buna görə də Rusiyanın cavabı dəqiq və doğrudur - Rusiya və KTMT Ermənistan ərazisinin qorunmasına zəmanət verir. Ancaq bütün KTMT üzvlərinin dəfələrlə Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağdakı müharibədə Ermənistana Rusiyanın hərbi dəstəyi olmayacaq.

Bu yaxınlarda Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğu Donbas könüllülərinin qurultayı keçirildi. Orada Donbas könüllülərinin Qarabağa getməyəcəyi açıq şəkildə bildirildi”. ///Teleqraf.az

OXŞAR XƏBƏRLƏR

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...

"Torba-torba pul paylayırdım" - Əməkdar artist görün nələr danışdı

"Azərbaycana şounu mən gətirmişəm. İlk şou-proqramı mən yaratmışam və ilk şoumeni mənəm".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar art...