Ermənistan parlamentinin üzvü Paşinyanı "topa tutdu" - "Nə oldu bəs?"

16:13 / 03.11.2020
2983
"Çiçəklənən Ermənistan" partiyasından olan parlament üzvü Hevorq Petrosyan Paşinyanı sərt tənqid edib.
Sfera.az xəbər verir ki, o, oğlunun 20 gündür ki, cəbhədə olduğunu, ondan heç bir xəbər ala bilmədiyini deyib.
H.Petrosyan vurğulayıb ki, Paşinyan populist çıxışlara son qoymalıdır.
"Savaş başlayanda o, şou göstərirdi. Qadın batalyonu yaratdı. Deyirdi ki, bütün məmurlar cəbhəyə gedəcək. Nə oldu bəs? Nikol deyir, cəbhəyə gedən özü ilə forma götürsün. Bəs hanı forma? Hanı silah? Hanı ərzaq? Hanı büdcə?", - deyə parlament üzvü bildirib.
Aysel
Sfera.az