Kamran Əliyev BMT-nin Ali komissarına məktub ünvanladı

Kamran Əliyev BMT-nin Ali komissarına məktub ünvanladı
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə rəsmi məktub ünvanlamışdır.

Baş Prokuror, Ermənistan təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazisində insan hüquqları və beynəlxalq humanitar hüququn normalarının kobud şəkildə pozulması, həmçinin Bərdə rayonunun mülki əhali üçün istifadəsi beynəlxalq hüquqla qadağan edilmiş "claster” bombaları ilə atəşə tutulması nəticəsində xeyli sayda insanların həlak olması və yaralanması faktlarına 02.11.2020-ci il tarixli bəyanatında diqqət yetirdiyinə görə təşəkkürünü bildirmişdir.

Bununla yanaşı diqqətə çatdırılmışdır ki, Ermənistan silahlı qüvvələri tərəfindən yarım milyon əhalisi olan, münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan ərazisindən ballistik raket atəşinə məruz qalması nəticəsində 6-sı uşaq, 10-u qadın olmaqla 26 mülki şəxs həlak olmuş, 32-i uşaq, 57-si qadın olmaqla 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

Həmçinin qeyd edilmişdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın strateji obyektləri olan Mingəçevir Su və İstilik Elektrik Stansiyaları, Bakı-Tbilisi-Ceyhan və Bakı-Novorossiysk neft kəmərləri, Oğuz-Qəbələ-Bakı su kəməri hədəfə alınmaqla müxtəlif tarixlərdə raket atəşlərinə məruz qalmışdır.

Eyni zamanda, bəyanatda qeyd edilən iki erməni hərbçisinin guya Azərbaycan hərbi qulluqçuları tərəfindən qeyri-insani rəftara məruz qalmaqla öldürülməsi barədə yayılmış videomateriallar əsasında Baş Prokurorluqda araşdırmanın aparılması və həmin videoların saxta olmasının müəyyən edilməsi barədə də məlumat verilmişdir.

Göstərilən hadisələr bəyanatda yer almadığı üçün narahatlığını ifadə edən Baş Prokuror, gələcək bəyanat və hesabatlarda Gəncə şəhərində mülki əhalimizə qarşı törədilmiş cinayət faktlarının və digər zəruri məlumatların qeyd edilməsini xahiş etməklə bununla bağlı ətraflı materialları təqdim etmişdir.

OXŞAR XƏBƏRLƏR

Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf ...

Yekaterinburqda Bakir Səfərovun məhkəməsi başladı

Yekaterinburqda iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı keçirilən əməliyyat nəticəsində saxlanılanlardan b...

Sabahın havası - Yağış, şimşək, dolu...​​​​​​

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlən...

Mask məxfi məlumatlara çıxış əldə etdi - İDDİA

Amerikalı sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) keçmiş rəhbəri İlon Maskın özəl şirkətlərə aid məxfi məlumatlara çıxış əldə etdiyi iddia...

Goranboyda qonşular arasında insident

Goranboy rayonunda qonşular arasında düşən dava bir nəfərin xəsarət alması ilə nəticələnib.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Alpo...

12 günlük savaş: İran itkilərini yenilədi - RƏSMİ

İsraillə 12 günlük müharibə zamanı ölən iranlıların sayı yenilənib.   Sfera.az xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri de...