Xaricdə olan vətəndaşlarımız erməni terrorundan özlərini qorumalıdır – Hikmət Hacıyev

Siyasət
15:26 / 03.11.2020
1773
Bu gün Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı terror əməlləri törədir.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, xarici ölkələrdə Ermənistanın ASALA və digər terror təşkilatları fəaliyyət göstərir: "Ona görə də vətəndaşlarımıza ayıq-sayıq olmağı tövsiyə edirik. Xaricdə olan Azərbaycan vətəndaşlarına, diaspor nümyənədlərinə qarşı terror əməlləri törədilə bilər. Bu səbəbdən xaricdə olan vətəndaşlarımız diqqətli olmalıdır".