“Gürcüstanda daha yaxşı anlayacaqlar ki...” – Seçkilərdən sonra Tiflis Bakıya münasibətdə hansı yolu tutacaq?

“Gürcüstanda daha yaxşı anlayacaqlar ki...” – Seçkilərdən sonra Tiflis Bakıya münasibətdə hansı yolu tutacaq?

"Qarabağ müharibəsinin uğurlarından sonra bir çox güc mərkəzləri ölkəmizlə hesablaşacaq ki, Gürcüstan da o sıradadır”.


Bu sözləri Sfera.az-a açıqlamasında Gürcüstandakı seçkilərdən sonra iqtidarda qalan hökumətlə Azərbaycan arasında münasibətlərin hansı istiqamətdə cərəyan edə biləcəyinə toxunarkən politoloq Natiq Miri deyib.



Politoloqun sözlərinə görə, Bakı ilə münasibətlərin normal olması Gürcüstana bir çox üstünlüklər verir:


"Tiflislə Bakı arasında münasibətlərdə Gürcüstanda baş tutan seçkilərdən sonra da ciddi dəyişiklik olmayacaq. Çünki Tiflisin Bakıya, eyni zamanda, Türkiyə-Azərbaycan-Gürcüstan üçlük formatında regional təhlükəsizliyə ehtiyacı var. Azərbaycanla münasibətlərin normal olması Gürcüstana sözün əsl mənasında bir çox üstünlüklər verir. O baxımdan düşünürəm ki, münasibətlər seçkilərdən əvvəl necə olmuşdusa, eyni qaydada davam edəcək”.

 

Bununla belə, həmsöhbətimiz bir sıra hallarda iki qonşu ölkə arasında müəyyən problemlərin yarana biləcəyini də istisna etmir:

 

"Unutmayaq ki, Gürcüstanın başının üstündə kriminal aləm və Moskva ilə əlaqələrə malik İvanaşvili kölgəsi qalmaqdadır. Ona görə də zaman-zaman müəyyən problemlərin yarana biləcəyi ehtimalı yenə də mövcuddur. Bütün hallarda Tiflis Azərbaycanla bütün məsələlərdə razılaşmalı və müsbət münasibətlərdə olmalıdır”.


Münasibətlərin gələcəyinə gəldikdə, politoloq dedi ki, Azərbaycanın Qarabağda qələbəsi fonunda Tiflis də digərləri kimi ölkəmizlə ciddi şəkildə hesablaşmalı olacaq:

 

"Bu münasibətlərin perspektivinə gəldikdə, Qarabağdakı hərbi uğurlardan sonra Azərbaycanın beynəlxalq nüfuzu xeyli dərəcədə artacaq ki, bu nüfuzdan Gürcüstandakı hakimiyyət də öz nəsibini alacaq. Mövcud sərhəd problemlərinin çözümü məsələsində də Gürcüstan anlayacaq ki, Azərbaycanla zarafat etmək mümkün deyil”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....