“Qarabağ” doğma torpağında oynayacaq - “National Post”

“Qarabağ” doğma torpağında oynayacaq - “National Post”
Kanadanın nüfuzlu "National Post” qəzetində "Azərbaycanın köçkünlük həyatı yaşayan futbol çempionları müharibədən sonra evlərinə qayıtmağı arzulayırlar” sərlövhəli məqalə dərc edilib.

Sfera.az xəbər verir ki, "Röyter” agentliyinə istinadla dərc olunan məqalədə son yeddi ildir Azərbaycanın futbol üzrə çempionu olan "Qarabağ” klubunun 30 ildən bəri başqa cür qələbəyə ümid etdiyi qeyd olunur. Yazıda "Qafqazın Barselonası” adlandırılan klubun Ağdama qayıtmaq arzusunda olduğu vurğulanır. Qeyd edilir ki, Dağlıq Qarabağ və onu əhatə edən yeddi rayon, o cümlədən Ağdam beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınır.

Məqalədə sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə məlumat verilir, 1991-1994-cü illərdə müharibədə 30 minə yaxın insanın həlak olduğu bildirilir. Həmçinin "Qarabağ” sözünün tarixi haqqında məlumat öz əksini tapır.

Yazıda "Qarabağ” futbol klubunun keçirdiyi məşqlər barədə də məlumat verilir. Futbolçuların Prezident İlham Əliyevin işğaldan olunan ərazilərin adlarının qeyd olunduğu Tvitter paylaşımlarının nümayiş etdirildiyi bilbordların yaxınlığında məşq etdikləri qeyd edilir. Klubun oyunçularından biri deyir ki, gün gələcək "Qarabağ” öz doğma torpağında futbol oynayacaq və bu oyunlara baxmaq üçün oraya çoxlu insan gedəcək.

Məqalədə, həmçinin "Qarabağ” futbol klubu, onun indiyədək əldə etdiyi uğurlar barədə də ətraflı məlumat verilir.

OXŞAR XƏBƏRLƏR

Rəhman Rəhmanovun şikayətinə- TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...