İranda son sutkada koronavirusdan 440 nəfər ölüb

Dünya
16:36 / 02.11.2020
1750
İranda son sutka ərzində 8 288 yeni yoluxma qeydə alınıb, 440 nəfər ölüb.
Sfera.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da İranda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 35 738 nəfərə, yoluxanların ümumi sayı isə 628 780 nəfərə yüksəlib.