Osloda yaşayan azərbaycanlılar parlament binası qarşısında etiraz aksiyası keçirdi - FOTOLAR

15:59 / 02.11.2020
1902
Norveçdəki Azərbaycan icmasının üzvləri, Dağlıq Qarabağda baş verən müharibə cinayətləri və dinc həmvətənlərimizə qarşı Ermənistan silahlılarının hücumlarına qarşı olaraq Oslonun mərkəzində, parlament binasının qarşısında icazəli etiraz aksiyası keçiriblər.
Sfera.az xəbər verir ki, aksiyaya azərbaycanlılarla yanaşı, Türkiyənin Norveçdəki səfiri Fazıl Çorman, habelə türk, Pakistan, Somali və yəhudi diasporunun üzvləri qatılıblar.
Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən həmyerlilərimiz "Qarabağ Azərbaycandır!”, "Erməni terroruna son!”, "Uşaq ölümünə son!”, "Biz terrora yox deyirik”, "İşğalçı dövləti dəstəkləməyin!”, "Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, Azərbaycanın və ona dost münasibət bəsləyən ölkələrin bayraqlarını meydanda dalğalandırıblar.
Aksiya Azərbaycan dövlət himinin səsləndirilməsi ilə başa çatıb.