Paulo Koelyo İzmir zəlzələsində zərərçəkənlərə yardım edəcək

Paulo Koelyo İzmir zəlzələsində zərərçəkənlərə yardım edəcək
Dünyaca məşhurbraziliyalı yazıçı PauloKoelyo İzmir zəlzələsində zərərçəkənlərə yardım edəcəyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, "Quran”dan "Əlbəttə çətinliyin yanında rahatlıq da var" sözlərinin yer aldığı ayəni paylaşan yazıçı İzmir zəlzələsində zərərçəkənlər üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara təşkilatlarına ianə edəcəyini bildirib.

 

 

Xatırladaq ki, oktyabrın 30-u İzmirdə baş verən 6.8 bal gücündəki zəlzələ nəticəsində, şəhərdə bir çox binalar təmamilə dağılıb.


İndiyə kimi 85 nəfərin öldüyü, minə yaxın yaralının olduğu açıqlanıb.


 

Jalə Mehdi

Sfera.az

 

 

 

 


OXŞAR XƏBƏRLƏR