İzmirdə zəlzələdə ölənlərin sayı 85-ə çatdı - Minə yaxın yaralı var

Dünya
15:33 / 02.11.2020
1284
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralıların sayı isə 994-ə yüksəlib.
Hazırda zəlzələdə dağılmış 6 binada axtarış-xilasetmə işləri davam etdirilir.
Aysel
Sfera.az