İzmirdən ürək dağlayan görüntü: 4 nəfərlik ailənin cəsədlərini... - FOTOLAR

12:36 / 02.11.2020
1178
İzmirdə baş
verən zəlzələdən sonra aparılan axtarış-xilasetmə işləri davam
edir.
Sfera.az xəbər verir ki, dağılmış binalardan insanları çıxarmağa çalışan axtarış-xilasetmə qrupundan olan Tahsin Kaymaz adlı şəxsin fotoları hər kəsin ürəyini dağlayıb.
Belə ki, 4 nəfərlik bir ailənin cəsədlərini dağıntılardan çıxaran Tahsin gözyaşlarını saxlaya bilməyib.
Xatırladaq ki, oktyabrın 30-u İzmirdə baş verən 6.8 bal gücündəki zəlzələ nəticəsində, şəhərdə bir çox binalar təmamilə dağılıb.
İndiyə kimi 83 nəfərin öldüyü açıqlanıb, minə yaxın yaralı var.
Jalə Mehdi
Sfera.az