Masazırda 11 yaşlı yeniyetmə bıçaqlandı

Kriminal
00:12 / 01.11.2020
7007
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Məmmədov Amin Rəvan oğlu kürək nahiyəsindən tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş, daxilə nüfuz etmiş bıçaq yarası aşkarlanıb.
Yeniyetmə əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.///Report