Gürcüstanda parlament seçkiləri yekunlaşdı

Dünya
20:47 / 31.10.2020
5545
Gürcüstanında parlament seçkiləri ilə bağlı səsvermə prosesi başa çatıb.
Sfera.az xəbər verir ki, yerli vaxtla saat 20:00-da bütün seçki məntəqələri bağlanıb. Məntəqələrdə səslərin sayılmasına başlanılıb. Gürcüstan üzrə seçki məntəqələrinin 2-5%-i üzrə hesablamalar başa çatandan sonra ilkin nəticələr elan olunacaq.
Yekun nəticələr isə səsvermə günündən 19 gün gec olmayaraq açıqlanacaq.