"Artıq köhnə təmas xətti, status-kvo yoxdur" - Millət vəkili

"Azərbaycan Ordusu Xankəndi başda olmaqla Dağlıq Qarabağ üzərində  Azərbaycanın suveren hüquqlarını bərpa etməlidir".
 
Sfera.az xəbər verr ki, bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevdən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya mətbuata verdiyi açıqlamasında deyib

- Qüdrət bəy, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya mətbuata verdiyi açıqlamada qeyd edib ki, Dağlıq Qarabağda vəziyyət yaxşılaşmasa BMT TŞ yenidən toplana bilər. Bunu Azərbaycana yönəlik hədə kimi qəbul etmək olarmı?

- Bəli hədə kimi qəbul etmək olar. Amma bu cür hədələrlə bizi dayandıra bilməzlər. Bu adam öz ermənipərəstliyi ilə seçilən şəxsdir. Ondan soruşmaq lazımdır ki, Rusiya Çeçenistan üzərində öz suveren hüquqlarını bərpa edəndə, 1995-ci ilin avqustunda Xorvatiya onun ərazi bütövlüyünə xəyanət etmiş 200 min serbi Serbiyaya qovmaqla öz müstəqilliyini elan etmiş qondarma "Serb Krayina Respublikasına" son qoyanda BMT TŞ niyə təsirli tədbirlər görmədi? Yaxud 2017-ci ilin oktyabrında Kotoloniya İspaniyadan ayrıldığını elan edəndə rəsmi Madrid Barselonaya qoşun göndərdi və İspaniya dövlətinin bütövlüyünü qorudu. Onda BMT TŞ niyə İspaniya əleyhinə hər hansı qərar qəbul etmədi?Onlar bir müsəlman ölkəsi kimi bizi zəif bilirlər. Ona görə üstümüzə xoxalanırlar.

- Danışıqların baza prinsipləri əsasında davam etdirilməsi barədə nə deyə bilərsiniz?

- Biz açıq deyə bilmərik ki, baza prinsiplərindən və danışıqlardan imtina edirik. Ancaq Prezident deyirsə ki, artıq köhnə təmas xətti, status-kvo yoxdur və Dağlıq Qarabağın statusuna dair heç bir referendum keçirilə bilməz, deməli baza prinsipləri də yoxdur. Biz buna şəhid balalarımızın qanı bahasına nail olmuşuq. Azərbaycan Ordusu Xankəndi başda olmaqla Dağlıq Qarabağ üzərində  Azərbaycanın suveren hüquqlarını bərpa etməlidir. Necə ki, bunu xorvatlar, ispanlar, ruslar Çeçenistanda etdi. Bundan sonra Prezidentin dediyi kimi Azərbaycan vətəndaşlığını qəbul edib orda yaşamaq istəyən ermənilərə mədəni muxtariyyat verə bilərik. Heç vaxt döyüş meydanında əldə etdiyimiz qələbəni masa arxasında kənar təzyiqlərin nəticəsi olaraq əldən verə bilmərik. Xüsusilə Türkiyə, Pakistan kimi dövlətlərin bizi birmənalı dəstəklədiyi halda. Hesab edirəm danışıqlar yeni formatda, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan formatında davam etdirilməli, sonda Qars şəhərində 1921-ci ilin oktyabrında Ermənistanın da imzaladığı Qars müqaviləsi yenidən təsdiq olunmalıdır. 

OXŞAR XƏBƏRLƏR

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...

"Onları vəhşicəsinə döyərək evdən çıxarıblar...” - VİDEO

“Onlara o qədər işgəncə verilib ki, bu, insanlığa sığmayan bir hərəkətdir”.   Sfera.az xəbər verir ki, bunu Yekaterinburqda hüquq-mühafiz...

Bu tarixdə görüşəcəklər

İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə Vaşinqtona səfər edəcək və iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacaq.  ...