XİN: Ermənistanın cinayətləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsif olunmalıdır

XİN: Ermənistanın cinayətləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsif olunmalıdır
"Ermənistanın 27 sentyabr tarixindən etibarən həyata keçirdiyi yeni təcavüz tədbirləri bilavasitə beynəlxalq hüququn fundamental norma və prinsiplərin, eləcə də beynəlxalq hümanitar hüquq və Ermənistanın üzrənə götürdüyü öhdəliklərin, həmçinin Cenevrə Konvensiyalarının və onun əlavə protokollarının kobud şəkildə pozulmasıdır".

Sfera.az-ın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, mülki əhaliyə qarşı çoxsaylı cinayətlər törədilib ki, onlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsif olunmalıdır.


OXŞAR XƏBƏRLƏR