Ukraynada yeni koronavirus antirekordu

Dünya
14:56 / 31.10.2020
2840
Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən gün ölkədə 8752 nəfər koronavirusa yoluxub, 155 nəfər koronavirusdan həyatını itirib. Bununla da koronavirusa yoluxanların sayı 387 min 481-ə, bu infeksiyadan ölənlərin ümumi sayı isə 7196 nəfərə çatıb.
Ən çox yoluxma halları Kiyev, Lvov və Xarkov vilayətlərində qeydə alınıb.