Alimləri qorxuya salan daha bir koronavirus növü - Avropada sürətlə yayılır

Alimləri qorxuya salan daha bir koronavirus növü - Avropada sürətlə yayılır
Avropada COVID-19-a yoluxmaların əksəriyyəti keçən ilin sonunda Çinin Uxan şəhərində aşkarlanmış SARS-CoV-2 virusundan deyil, yeni koronavirusdan qaynaqlanır.
 
Sfera.az xəbər verir ki, "medrxiv” portalında dərc edilən məqalədə bildirilir. 
 
Beynəlxalq alimlər qrupunun tədqiqatların nəticələrinə görə, yayın əvvəlində ilk dəfə ispan fəhlələri arasında tapılan bu virus tez bir zamanda yayılmağa başlayıb.

Nəzərə çatdırılır ki, İspaniyada COVID-19-un yeni növü iyun ayında aşkarlanıb. Ötən müddət ərzində artıq ölkənin sərhədlərini keçən yeni virus özünü daha çox COVID-19 ilə büruzə verir.

İsveçrədə 40 faiz, İrlandiyada 60 faiz koronavirusa yoluxmağa səbəb olan yeni virus Böyük Britaniyada daha sürətlə yayılır. Adı çəkilən ölkələrdə hər on haldan səkkizində COVID-19 xəstəliyinə səbəb olan yeni virus habelə Norveç, Latviya, Niderland və Fransada da yayılıb.

Məqalədə 20A.EU1 adlandırılan SARS-CoV-2 variantının Avropada görünməmiş bir sürətlə yayıldığı qeyd olunur. Tədqiqatçılar qrupu virusun insan hüceyrələrinə nüfuz etdiyi zülal birləşməsi vasitəsilə 20A.EU1-də müəyyən bir mutasiyanı təyin etməyə çalışır.

Tədqiqatın rəhbəri, Bazel Universitetinin genetika üzrə mütəxəssisi Emma Xodkorft "Financial Times” qəzetinə müsahibəsində bildirib ki, o bu günə kimi koronavirusun oxşar dinamikalı variantı ilə qarşılaşmayıb. 20A.EU1 virusu SARS-CoV-2 növündən olanların heç birinə bənzəmir. Bununla yanaşı, sözügedən koronavirusun məhz mutasiya səbəbindən sürətlə yayılması sübut olunmayıb.

"20A.EU1-in dinamikası baxımından aydın görünür ki, bu virusun sonradan daha çox yayılmasının qarşısını almaq üçün cari ilin yayında görülən tədbirlər yetərsiz olub”, - deyə Xodkoroft izah edib.

Alimlər belə qənaətdədilər ki, virusun geniş yayılmasına istirahət edənlərin "riskli davranışı” səbəb olub.



OXŞAR XƏBƏRLƏR

Türkiyədə virus yayılır - Qadağa qüvvəyə mindi

Türkiyə xəstə heyvanların ətindən yoluxa bilən dabaq xəstəliyinin yayılması səbəbilə ölkədə bütün mal-qara bazarlarını müvəqqəti bağlamaq qərarına gəlib.  ...

Ermənistanda Rusiya telekanallarına qadağa qoyula bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasının mümkünlüyü ilə bağlı müzakirələrin başlanmasını...

Rusiya Azərbaycana nota verib

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə "Bakının qeyri-dost hərəkətlərinə görə etiraz edilib".   Sfera.az xəbər verir k...

ADNSU məzunları üçün təntənəli “Məzun Günü” keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunları üçün Avropa Oyunları Parkındakı təntənəli “Məzun Günü” tədbiri təşki...

Bakıda rusiyalı cinayətkarların saxlanılmasının ANBAAN VİDEOSU

Xəbər verdiyimiz kimi, Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil ci...

Kreml Suriyanı Rusiya-Ərəb Zirvəsinə dəvət edəcək

Kreml Suriyanın hazırkı rəhbərliyini oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Zirvəsinə dəvət etməyi planlaşdırır.    Sfera.az xəbər verir ki, &nb...