"Netflix" Devid Bekhemə 16 milyon funt sterlinq ödəyəcək

"Netflix" şirkəti dünyaca məşhur ingilis futbolçu Devid Bekhemlə müqavilə imzalayıb. 

Sfera.az xəbər verir ki, qlobal internet televiziya şəbəkəsi Devid Bekhem ailəsi və həyatına dair sənədli film çəkməyə hazırlaşır.

Yüzlərlə sənədli filmin yer aldığı internet platforması bunun üçün Bekhem ailəsinə 16 milyon funt sterlinq (təxminən, 35 milyon 200 min manat) ödəyəcək. 
 
45 yaşlı Devid Bekhemin "Mançester Yunayted” günlərindən dünya ulduzuna çevirilməsinə, sahibi olduğu "Miami CF” klubu, həmçinin şəxsi həyatının detalları işıqlandırılacaq.

Filmdə Devid ilə həyat yoldaşı Viktoriyanın ilk tanışlıqları və sevgi  münasibətlərindəki ən gözəl anlar da yer alacaq.

Bekhemin komanda yoldaşları - Kriştiano Ronaldo, Rayan Qiqs və Qari Nevil kimi məşhurların da filmdə iştirak etmək ehtimalının olduğu bildirilir. 

Film 2022-ci ildə izləyicilərə təqdim ediləcək.
 
Jalə Mehdi
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Şuşada rəsmi nahar- FOTO

İyulun 4-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin adından İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət ba...

Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri iyulun 4-də başa çatıb.   Sfera.az xəbər verir ki, Füzuli ...

Şəmkirdə üç uşaq çayda boğuldu

Şəmkir rayonunda 3 nəfər çayda boğulub.   Sfera.az xəbər verir ki, hadisə Şəmkirçayın Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. ...

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...