“Lotu Quli”nin qətlinə görə 2 nəfər saxlanıldı - FOTO

10:45 / 31.10.2020
1652
"Loti Quli" ləqəbli
kriminal avtoritet Nadir Səlifovun ölümündə təqsirli
bilinən daha iki nəfər saxlanılıb.
Sfera.az "Hürriyet”ə istinadən xəbər verir ki, "Lotu Quli”nin qətlində əli olduğu aşkarlanan Azərbaycan vətəndaşları A.M. və R.G. İstanbulda polis tərəfindən saxlanılıb.
Xatırladaq ki, Nadir Səlifov bu ilin avqustun 19-da Türkiyənin Antalya şəhərində yemək yeyərkən yaxın dostu və mühafizəçisi Xan Əhmədlinski tərəfindən vurularaq qətlə yetirilib. Xan Əhmədlinski yaralı halda hadisə yerindən qaçsa da, daha sonra ələ keçib və həbs edilib.
Jalə Mehdi
Sfera.az