Xamneyinin “Instagram” hesabı bloklandı

Xamneyinin “Instagram” hesabı bloklandı
"Instagram” sosial şəbəkəsi İran İslam İnqilabının Ali Rəhbəri Seyid Əli Xamneyinin fransız dilində xəbərlər yayımladığı hesabını bağlayıb.

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Ali Rəhbərin administrasiyası verib.
 
Məlumata görə, Ali Rəhbərin Fransa gənclərinə ünvanlandığı məktubdan sonra onun hesabı bağlanıb. Məqsəd isə ondan ibarətdir ki, məktubun mətni fransalı gənclər tərəfindən oxunmasın.

Xatırladaq ki, Fransada Məhəmməd Peyğəmbəri karikatura çəkməklə təhqir edən jurnalın əməkdaşlarını Prezident Emanuel Makron müdafiə edib. Fransa Prezidenti müsəlmanları separatçı, islam dininin isə böhran vəziyyətində olduğunu deyib. Bu çıxış dünya müsəlmanlarının etirazına səbəb olub.

Əli Xamneyi fransalı gənclərə müraciətində bildirib ki, müqəddəs şəxsləri təhqir etmək heç də söz azadlığı və demokratiyadan deyil, təxribat və fitnə-fəsaddan xəbər verir. 

OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...