Bu gün Gürcüstanda parlament seçkiləridir

Dünya
09:40 / 31.10.2020
2461
Oktyabrın 31-də Gürcüstanda onuncu çağırış parlamentinə seçkilər keçirilir.
Sfera.az xəbər verir ki, ölkədə səsvermə ilk dəfə proporsional sistem üzrə keçirilir. Bu isə o deməkdir ki, mandatların sayı yığılan səslərin faizinə uyğun olacaq.
Ümumilikdə seçkilərdə 57 partiya və iki blok iştirak edir.
Seçki məntəqələri yerli vaxtla saat 8:00-da açılacaq, saat 20:00-da isə bağlanacaq.