"Araik Arutunyan barəsində cinayət işi başlandı və axtarışa verildi" - Kamran Əliyev

Kriminal
15:22 / 30.10.2020
2791
Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.
Sfera.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: "Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib".
Baş prokuror deyib ki, Araik Arutunyan, "müdafiə naziri" Cəlal Aratunyan və digərləri barədə müxtəlif maddələr üzrə ittiham elan edilib. O qeyd edib ki həmin şəxslər barədə beynəlxalq axtarış elan edilib.