Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanıldı

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanıldı
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabe qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirir.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən reydlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Vasif Ənvərlinin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, özünəməxsus bərbərxanaya gəlib orada müştəri qəbul etməsi və beləliklə həmin müştərilərin sağlamlığını təhlükəyə atması aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə V.Ənvərli yaşadığı evə göndərilib, onun barəsində Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Bundan başqa, Gəncə ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları da koronavirus infeksiyasına yoluxan şəhər sakini Sadiq Abdullayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsini müəyyən ediblər. Polis əməkdaşları dərhal onun şəhər ərazisində yerini müəyyən edərək yaşadığı evə göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...