Tatarıstanda törədilən terror aktı: polis bölməsinə edilən hücumun təfərrüatları

Tatarıstanda törədilən terror aktı: polis bölməsinə edilən hücumun təfərrüatları

Tatarıstanda bir yeniyetmə polis bölməsinə hücum edərək, binaya od vurmağa çalışıb, daha sonra bir neçə dəfə hüquq mühafizəçisini yaralayıb. Polis silah işlətməyə məcbur olub və təcavüzkar öldürülüb.


Sfera.az Rusiya mətbuatına istinadla xəbər verir ki, polis bölməsinə hücum gecəyarısı, saat 00:30-da baş verib. Yeniyetmə oğlan polis bölməsinin binasına "Molotov kokteyli” atıb.


Bir müddət sonra sahə müvəkilli maşınla həmin binaya yaxınlaşıb. Avtomobilini park edərkən yanğın və şüşə qırıntıları görüb. Bu zaman yeniyetmə əraziyə daha bir şüşə "Molotov kokteyli” ataraq aradan çıxmağa çalışıb.


Sahə müvəkkili ilə növbətçi polis cinayətkarın arxasınca qaçıb, amma yeniyetmə onları bıçaqla hədələməyə başlayıb, bundan sonra qanun mühafizəçilərindən birini dəfələrlə yaralayıb.

 

Bunu görən ikinci polis havaya xəbərdarlıq atəşi açıb, oğlan reaksiya vermədiyi üçün ona atəş açmaq məcburiyyətində qalıb. Nəticədə həkimlər gələnədək təcavüzkar dünyasını dəyişib...

 

"İnterfaks” xəbər verir ki, təcavüzkar öz hərəkətlərini "Allahu əkbər!” harayı ilə müşayət edib. Həmçinin xəbər verilir ki, sözügedən yeniyetmə əslən

Başqırdıstandandır və ekstremizmə meyilli şəxs kimi qeydiyyata salınıb.

 

Hüquq-mühafizə orqanları baş verən olayı terror aktı kimi qiymətləndirməyə meyllidir. Tatarıstan Daxili İşlər Naziri Artyom Xoxorin hadisə yerinə gəlib.

 

 

Tərcümə etdi: Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...