Nazir tədris kurslarının fəaliyyətinə aydınlıq gətirdi
11:51 / 30.10.2020
2486
Tədris kurslarının fəaliyyəti ilə bağlı hər hansı qadağanın tətbiqi nəzərdə tutulmur.
Sfera.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, tədris kursları mövcud qaydalara riayət etməklə fəaliyyətlərini davam etdirə bilərlər.