İsveçin bəyənmədiyi mahnını Azərbaycan aldı - “Eurovision”da qalmaqal

İsveçin bəyənmədiyi mahnını Azərbaycan aldı - “Eurovision”da qalmaqal
"Eurovision – 2016”da Azərbaycan təmsilçisi Səmra Rəhimlinin "Miracle” mahnısı ətrafında qalmaqal yaşanıb.
"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əslində təmsilçimizinin ifa etdiyi "Miracle” mahnısı başqa bir müğənni üçün yazılıb.
Sözügedən mahnı əvvəlcə İsveç milli turlarında yarışan iştirakçı Molyy Petterson üçün hazırlanıb.
İsveçin yayım qurumuna (STV) təqdim olunan digər mahnılar isə "Walk on Water” və "Hunger” olub. Kanal rəsmiləri "Miracle” və "Walk on Water” mahnılarını bəyənməyib, seçimləri "Hunger” musiqi parçası olub.
Molly Pettersson Hammar isə milli seçim turlarında məğlub olub.
Daha sonra isə Sandra Bjurmanın sözlərini yazdığı mahnı Azərbaycana göndərilib.
Qeyd edək ki, Sandra Bjurman Safura Əlizadənin "Drip drop”, Ell and Nikkinin "Running scared”, Səbinə Babayevanın "When the music dies” mahnılarının söz yazarıdır.
 
 


OXŞAR XƏBƏRLƏR