"Vilyarreal" hesabda önə keçdi - Yeniləndi

İdman
23:56 / 29.10.2020
4591
Bu gün Avropa Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində Azərbaycanın "Qarabağ” klubu Türkiyədə İspaniya "Vilyareal”ı ilə qarşılaşır.
Sfera.az xəbər verir ki, qarşılaşma İstanbulun "Başakşəhər Fatih Terim” stadionunda keçirilir.
Matçın 76-cı dəqiqəsində Ovusu Kvabena "Qarabağ"ı hesabda önə keçirir - 1:0
80-ci dəqiqədə ispanlar hesabı bərabərləşdirir. Yeremi Pino fərqlənir - 1:1.
***
Qarabağ" UEFA Avropa Liqasının I qrupunda növbəti oyununu keçirib.
Ağdam təmsilçisi II turda İstanbulda İspaniya "Vilyarreal"ını qəbul edib.
Azərbaycandakı hərbi vəziyyətlə bağlı "Başakşehir Fatih Terim" stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.