“VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi

“VICE News” da Bərdəyə kasetli raketlər atıldığını təsdiqlədi
"Rusiya istehsalı olan kasetli raketlər erməni qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində yaşayış məntəqələrinə qarşı istifadə edilib".

Sfera.az xəbər verir ki, "VICE News”un jurnalistləri 28 oktyabrda bu cür raketlərin çoxsaylı istifadəsini təsdiqləyiblər.

Hücumdan bir neçə saat sonra aparılan araşdırmada, "Amnesty International”ın hərbi mütəxəssisi Brayn Kasner və BMT-nin keçmiş hərbi müşaviri Mark Qarlasko "Smerç” raketinin təsirini və qalıqlarını aşkar ediblər.

Azərbaycan rəsmilərinin məlumatına əsasən, xəstəxana və yaşayış evlərinin həyətlərinə düşən raket mərmiləri 21 nəfərin həyatına son qoyub. Bu, ötən aydan Dağlıq Qarabağda döyüşlərin yenidən başlamasından sonra ən çox mülki şəxsin ölümü ilə nəticələnən hücumdur. Bərdə Rayon Mərkəzi Xəstəxanasında olan jurnalistlər burada mülki geyimlərdə olan və partlayış xəsarətləri almış 12 nəfərin meyitini müşahidə ediblər.

Böhran üzrə böyük məsləhətçi Brayn Kasnerin sözlərinə görə, "Amnesty International"ın mütəxəssisləri 28 oktyabrda Azərbaycanın Bərdə şəhərinin mərkəzindəki yaşayış məhəlləsinə Rusiya istehsalı olan 9N235 kasetli raketlə zərbə endirildiyini təsdiq edib.


OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...