Azərbaycanlılar Cenevrədə erməni terroruna qarşı - VİDEO

Dünya
20:03 / 29.10.2020
5662
İsveçrədəki azərbaycanlılar Cenevrədə erməni terroruna qarşı aksıya keçiriblər
Sfera.az xəbər verir ki, həmvətənlilərimiz Millətlər sarayının qarşısında dinc aksiya keçiriblər.
Orada yaşayan Azərbaycan icmasının nümayəndələri erməni təxribatına və işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən şəhər və rayonlarında günahsız mülki əhalini bombaladığına və öldürdüyünə etiraz ediblər
Aksiyada "Erməni işğalına son qoyun!”, "Azərbaycan ədalət tələb edir!”, "Biz terrora yox deyirik!”, "Qarabağ Azərbaycandır!”, "İşğalçı dövlətə dəstəyi dayandırın!” şüarlarının əks olunduğu plakatlar qaldıran həmvətənlərimiz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmamasını bir daha ictimaiyyətin diqqətinə çatdırıb, dünya ictimaiyyətini və beynəlxalq təşkilatları erməni terroruna son qoymağa, Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə səsləyiblər.