"Ərdoğan hakimiyyətdədir torpaqlarımızı geri almalıyıq"

Sfera.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Paşinyan bir tərəfdən dünya güclərinə yalvarır ki, atəşkəsə nail olsun, digər tərəfdən atəşkəsi dərhal pozur. Burda məntiq görürsünüzmü?

- Mən əvvəllər də erməni təxribatları haqqında söyləmişdim ki, Paşinyanın psixikasında ciddi problemlər olduğu üçün onun addımları normal məntiqlə izah oluna bilməz. Onun hərəkətlərini izləməklə niyyətini müəyyənləşdirmək mümkün deyil. Amma o da mümkündür ki, Köçəryan və Serj Sarkisyanın nəzarət etdiyi Qarabağ klanı və onların ordudakı tərəfdarları Paşinyanı saymır. 90-cı illərdə də Ter-Petrosyan həmişə gileylənirdi ki, səhra komandirləri ona qulaq asmırlar. Biz Minsk qrupunun həmsədrlərinə, beynəlxalq ictimaiyyətə bu barədə məlumat verməliyik. 1992-ci ilin mayın 6-da İran prezidenti Rəfsancaninin dəvəti ilə Petrosyan və Yaqub Məmmədov sülh danışıqları üçün Tehrana səfər etdi. İndi necə ki, həmsədr dövlətlərin iştirakı ilə atəşkəs haqqında razılaşmalara əhəmiyyət vermirlər, onda da ermənilər İrana eyni cür hörmətsizlik edərək danışıqlar getdiyi bir vaxtda Şuşanı işğal etdilər.

- Onda üstünlük onlar tərəfdə idi, amma indi vəziyyət fərqlidir...

- Doğrudur, ancaq baş tutmamış Ermənistanın dövlətinin siyasətçilərini,klan başçılarını erməni gənclərin, həm də döyüşə göndərdikləri qadın və uşaqların həyatı yox, hakimiyyət düşündürür. Həm də Qarabağ klanı fikirləşir ki, müharibədə nə qədər çox Paşinyan tərəfdarı qırılsa bir o qədər onların xeyirinədir. Ona görə də ola bilsin fikirləşirlər ki, məğlubiyyətdən istifadə edib Paşinyanı devirərlər ,sonra xarici himayədarlarının dəstəyi ilə 90-cı illərdə olduğu kimi torpaqlarımızı təkrar işğal edərlər, azad etdiyimiz torpaqları təkrar işğal edə bilməsələr belə onsuz da bu torpaqlar onların deyil.

- Qüdrət bəy, Qarabağ klanı Ermənistanda hakimiyyətə gələrsə Rusiya münaqişəyə aktiv müdaxilə edib bizi dayandıra bilərmi?

- Rusiya bilir ki, bunu etsə Azərbaycanı həmişəlik itirəcək. Ona görə də bizimlə səmimi dostluğa sadiq qalıb, bəyan etdikləri neytrallığı qoruyacaqlar.

Amma hər şey Türkiyə və Azərbaycanın qətiyyətindən asılı olacaq. Xüsusilə Türkiyənin. Çünki Türkiyə güclü dövlətdir. Türkiyə beynəlxalq təzyiqlər qarşısında güzəştə gedib bizi tək buraxarsa bizim də güzəştə getməkdən başqa yolumuz qalmayacaq. Amma kimsənin Ərdoğanın iradəsini sındıra biləcəyini düşünmürəm. Ona görə zamanında söyləyirdim ki, nə qədər ki, Ərdoğan hakimiyyətdədir biz torpaqlarımızın azad olunması üçün savaşa başlamalıyıq. İlham Əliyevə və Ərdoğana sona qədər güvənməliyik. Onlar işğala son qoymaq üçün mümkün olan hər şeyi edəcəklər.
 

OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...