Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayır
18:28 / 29.10.2020
4705
Prezident İlham Əliyev Azərbaycanın Kubada (Havana şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az-ın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.