Abramoviç 15 aydan sonra ilk dəfə "Çelsi"nin oyununda - FOTOLAR

Abramoviç 15 aydan sonra ilk dəfə
"Çelsi"nin sahibi Roman Abramoviç 15 aydan sonra ilk dəfə klubunun oyununu izləyib.

Sfera.az Britaniya mətbuatına istinadən xəbər verir ki, rusiyalı iş adamı London təmsilçisinin səfərdə Moskva "Lokomotiv"inə qarşı matçına (4:0)stadiondan baxıb. O, sonuncu dəfə 2019-cu ilin iyulunda klubunun görüşünü canlı izləmişdi.

Bundan başqa, Abramoviç Frank Lempardın rəhbərlik etdiyi "Çelsi"nin oyununa ilk dəfə stadiondan baxıb.

Qeyd edək ki, Abramoviç son üç ildə viza problemləri səbəbindən London təmsilçisinin İngiltərədəki qarşılaşmalarına gedə bilmir.

OXŞAR XƏBƏRLƏR