“Polat Alemdar” və “Çakır” yenidən bir araya gəlir - FOTO

Sfera.az xəbər verir ki, "Kurtlar Vadisi”də Polat Alemdar və Süleyman Çakır obrazlarını canlandıran aktyorlar Necati Şaşmaz ilə Oktay Kaynarca uzun fasilədən sonra birlikdə serialda rol alacaqlar.
Belə ki, ATV telekanalında yayımlanan "Eşkiya dünyaya hükümdar olmaz” serialına Necati Şaşmazın da çəkiləcəyi iddia edilib.
İddiaya görə Necati Şaşmaz "Polat Alemdar” obrazı ilə seriala qatılacaq və izləyicilər onu bir neçə seriyada görəcəklər. Məlumata görə "Polat Alemdar” gizli dövlət xadimi olaraq Hızır Çakırbəyli və ailəsi ilə əlaqələr quracaq.
Xatırladaq ki, reytinq rekordları qıran "Eşkiya dünyaya hükümdar olmaz” serialı 2015-ci ildən bəri yayımlanır. Serialın baş rol ifaçısı Oktay Kaynarca burada Hızır Çakırbəyli obrazını canlandırır.
Jalə Mehdi
Sfera.az