Neftçalada əməliyyat - 5 silah götürüldü

Kriminal
18:50 / 28.10.2020
3622
Neftçala RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri aparılıb.
Sfera.az xəbər verir ki, əməliyyat nəticəsində Boyat kənd sakinləri Ə.Əliyevdən müvafiq sənədləri olmayan, nömrələri silinmiş "İJ-18”, Z.Rüstəmovdan 2 ədəd "İJ-58” və "TOZ-63”, Yenikənd kənd sakini M.Hüseynovdan isə 2 ədəd "İJ-18” markalı ov tüfəngləri götürülüb.
Araşdırma aparılır.