Veteranlara pul veriləcək - Prezident sərəncam imzaladı

Veteranlara pul veriləcək - Prezident sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. 

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 71-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000,0 (min) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500,0 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə:

2.1. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 9,0 (doqquz) milyon manat ayrılsın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


OXŞAR XƏBƏRLƏR

Üç övladının gözü qarşısında ərinin qatili olmuşdu - Aysu AZADLIĞA BURAXILDI

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib.   Sfera.az Modern.az-a istinadla xəbər verir ki, hadisə 2023-cü il...

Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırım...

İndiyədək üç milyard dollar...- “Sea Breeze”də daha nələr olacaq?

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkə...

Hakimləri təhqir və təhdid edən baş məşqçiyə 5 oyunluq cəza verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.   Sfera.az xəbər verir ki, iclasda II Liqanın XXI turunun oyunları ilə bağlı aşağıdakı qərarla...

Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata...

CƏSARƏT VƏ SƏDAQƏT OLMADAN ƏDALƏT TƏMİN EDİLMİR

Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində keçirilən beynəlxalq Forumda dünya nizamının yeni cağırışları ilə bağlı mühüm mesajlar verdi. Forumda nü...