“Qarabağda döyüşlərin davam etməsi təəssüf doğurur” - Peskov

“Qarabağda döyüşlərin davam etməsi təəssüf doğurur” - Peskov
"Dağlıq Qarabağda döyüşlər atəşkəs qərarlarına baxmayaraq davam edir və bu, təəssüf və narahatlıq yaradır”.

Sfera.az  "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov bölgədə davamlı atəşkəs olmadığını qeyd edib.

O, Türkiyənin Dağlıq Qarabağdakı münaqişənin həlli üçün aparılan danışıqlarda iştirakı məsələsinin Rusiya Prezidenti Vladimir Putinin ötən gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında müzakirə olunmadığını sözlərinə əlavə edib.

"Bu, gündəmdə deyildi” deyən Peskov, yalnız qarşı tərəflərin - Ermənistan və Azərbaycanın bu və ya digər dövlətin həll prosesində iştirakına razı ola biləcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 27-də Kremlin Mətbuat xidməti Putin və Ərdoğanın xüsusilə Dağlıq Qarabağdakı münaqişə bölgəsindəki hadisələrin inkişafını müzakirə etdiklərini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...

Rusiya iyul ayında bu əraziləri ələ keçirib

ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2025-ci ilin iyun ayında Ukraynada 588 kvadratkilometrlik əraziyə nəzarəti ələ keçirib....