Tramp humanitar atəşkəsin pozulmasına görə məyus olduğunu bildirib

Dünya
01:10 / 28.10.2020
5094
ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağda humanitar atəşkəsin əldə olunması ilə bağlı razılaşmanın pozulmasından məyus olduğunu bildirib.
Sfera.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, amerikalı lider vəziyyətin normallaşacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, oktyabrın 25-də Vaşinqtonda Azərbaycan və Ermənistanın humanitar atəşkəs elan etməsi ilə bağlı razılığa gəlinib. Atəşkəslə bağlı razılaşma 26 oktyabr saat 08:00-da qüvvəyə minsə də, saat 08:05-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçın rayonunun Səfiyan kəndindəki bölmələrini artilleriya atəşinə tutub. Daha sonra Tərtər rayonunun Tərtər şəhəri və kəndləri Ermənistan silahlı qüvvələrinin intensiv atəşinə məruz qalıb.